Amerikalı müğənni Kris Braun gecə klubunda törətdiyi hücuma görə şərti həbs cəzasına məhkum edilib.
"Unikal" xəbər verir ki, bu barədə “Metro” nəşri məlumat yayıb. Sənətçiyə əvvəlcə 8 ay həbs cəzası verilsə də, sonradan cəza 12 ay şərti həbs ilə əvəzlənib.
Hadisə 2023-cü ilin fevralında Londonun Meyfer rayonundakı “Tape” gecə klubunda baş verib. Braun musiqi prodüseri Abraham Diaunun başına şüşə butulka ilə iki dəfə zərbə endirib. Təxminən 20 saniyə davam edən hücum nəticəsində prodüser baş və diz nahiyələrindən xəsarət alıb.
37 yaşlı müğənni və onun vokal müəllimi Omololu Akinlolu bu ilin iyulunda hadisə ilə bağlı ictimai asayişin zorakılıqla pozulması ittihamı üzrə təqsirlərini etiraf ediblər.
Məhkəmədə Braunun vəkili müğənninin hadisəyə görə dərin peşmanlıq keçirdiyini və klubda olan şəxslərdən üzr istədiyini bildirib.





.jpg)






.jpg)








.jpg)


























