22 oktyabr 2026-cı il tarixində Ağdam Muğam Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə dair müşavirə keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən müşavirədə RİH başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ziyalıları və ağsaqqalları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

"Unikal" xəbər verir ki, müşavirə iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, ruhuna ehtiramlarını ifadə ediblər. Ağdam Muğam Mərkəzində davam edən tədbirdə ilk öncə Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Müşavirədə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı çıxışının əhəmiyyətindən danışaraq, qarşıya qoyulan vəzifələrin ölkəmizin müstəqilliyinin, dövlətçiliyinin və milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildirib. O, müasir dövrdə ideoloji təhlükəsizliyin gücləndirilməsinin, milli-mənəvi dəyərlərin qorunmasının, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin və əhali arasında maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Vaqif Həsənov qeyd edib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın davamlı inkişafını, milli birliyini və dövlətçiliyinin möhkəmlənməsini təmin edir. O, Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolunu vurğulayaraq, qurultayda müəyyənləşdirilmiş vəzifələrin yerinə yetirilməsində hər bir partiya üzvünün və rayon ictimaiyyətinin üzərinə mühüm məsuliyyət düşdüyünü bildirib.

Müşavirədə çıxış edən digər natiqlər də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi uğurlardan, dövlət siyasətinin prioritet istiqamətlərindən və qarşıda duran vəzifələrin həyata keçirilməsində ictimai həmrəyliyin əhəmiyyətindən danışıblar.