Zəlzələdən sonra Panamadakı bütün təhsil müəssisələrində dərslər dayandırılıb.
"Unikal" xəbər verir ki, ölkənin Təhsil Nazirliyi bu barədə X sosial media platformasında məlumat verib.
"9 oktyabr günortadan sonra ölkə üzrə bütün təhsil müəssisələrində dərslər dayandırılıb", - deyə məlumatda qeyd edilib.
Nazirliyin inzibati şöbələrinin işi də ölkə üzrə dayandırılıb.
Qeyd edək ki, panamada 8,0 bal gücündə zəlzələ baş verib, dağıntılar olduğu bildirilir. Sunami xəbərdarlığı edilib.




























.jpg)

.jpg)


.jpg)

















