Əməkdar artist Nailə İslamzadə oğlu İslamla maraqlı görüntülərini paylaşıb. 

"Unikal" xəbər verir ki, teleaparıcı oğlu ilə rəqs edərkən çəkilmiş videosunu yayımlayaraq yazıb:

"Bu rəqsdə illərin sevgisi, zəhməti və bir ananın sonsuz xoşbəxtliyi var…Allah hamıya qismət eləsin…".

Qeyd edək ki, aparıcının oğlu evlidir və ABŞ-də yaşayır.