"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo milli komandanın baş məşqçisi Xorxe Xesusla mübahisəsindən sonra Portuqaliya Futbol Federasiyası (FPF) tərəfindən diskvalifikasiya edilib.

"Unikal" xəbər verir ki, mənbənin məlumatına görə, FPF-nin intizam şurası tezliklə 41 yaşlı hücumçunun bir aydan altı aya qədər davam edə biləcək diskvalifikasiyasını müəyyən edəcək.

Qeyd olunur ki, diskvalifikasiya ehtimalı qiymətləndirilərkən Ronaldonun üzr istəməsi də daxil olmaqla bütün amillər nəzərə alınacaq.