Futbol üzrə Azərbaycan Kubokunda yeni rekord qeydə alınıb.
Peşəkar Futbol Liqasından "Unikal"a bildirilib ki, turnirin tarixində ilk dəfə eyni liqa təmsilçilərinin oyununda 12 və ya daha çox top fərqinə təsadüf olunub. II Liqa klublarının I təsnifat mərhələsindəki duelində “Qaradağ Lökbatan” “Şəki”nin qapısından 12 cavabsız top keçirib.
1992-ci ildən keçirilən ölkə kubokunda 5-ci dəfə 12 topluq və ya daha böyük fərq qeydə alınsa da, bunadək heç vaxt eyni dəstədə çıxış edən klubların matçında belə fərq olmamışdı. Ümumilikdə isə bu nəticə kubokda son 23 mövsümün rekordudur. Daha böyük fərqə sonuncu dəfə 2003/2004-cü illər mövsümündə rast gəlinib. “Şəfa” “Lider Qarabağ”ın qapısından 14 qol keçirib. 1997/1998-ci illər mövsümündə isə “Şəfa” eyni hesabla HHQ İK-ə qalib gəlib. Həm bu görüşlərdə, həm də indiki kimi 12:0 hesabının qeydə alındığı iki matçda da qalib komanda yüksək, rəqibi isə aşağı liqa təmsilçisi olub. 1997/1998-ci illər mövsümündə “Qarabağ” “Naftalan”a, “Kür-Nur” “Babək-44”ə 12 cavabsız qolla qalib gəlib.
“Qaradağ Lökbatan”ın 12 qolundan ikisi həm də yubiley xarakteri də daşıyıb. Matçdakı 9-cu top klub tarixinə kubokdakı 50-ci qol kimi düşüb. 31-ci oyununu keçirən komandanın yubiley qolunu 71-ci dəqiqədə Vüsal Alızadə vurub. Turnirdə 53 dəfə fərqlənən paytaxt təmsilçisi kubokda 50 və daha çox qol vuran 22-ci komandadır.
Evdə 12-ci kubok matçına çıxan komandanın 5-ci qolu öz meydanındakı 30-cu top olub və qarşılaşmanın sonunda bu rəqəm 37-yə yüksəlib. Turnirin tarixinə evdə ən azı 30 dəfə fərqlənən 21-ci komanda kimi düşən bakılıların yubiley qoluna 17-ci dəqiqədə Kamil Mahmudov imza atıb.
Azərbaycan Kubokunun I təsnifat mərhələsində məhsuldarlıq rekordu da qeydə alınıb. Baş tutan 6 qarşılaşmada 36 qol vurulub. “Qaradağ Lökbatan” – “Şəki” (12:0) matçında 12, “Ağdaş” – “Haypers” (1:6) qarşılaşmasında 7, “Şəmkir” – “Ağstafa Gəncləri” (1:5) oyununda 6, “Şirvan” – “Kür-Araz” (1:3) və “Difai” – “Zəngəzur” (1:3) görüşlərinin hərəsində 4, “Marafon” – “Dinamo” (3:0) qarşılaşmasında 3 qol qeydə alınıb.
Mərhələnin 6 görüşündə orta məhsuldarlıq 6,00-a bərabər olub. Bu, Azərbaycan Kuboku tarixinin rekordunun təkrarıdır. 1997/98 mövsümündə 1/16 finalın baş tutan 19 görüşündə 114 qol vurulub və məhsuldarlıq 6,00-ya bərabər olub. Həmin rekord 29 ildən sonra təkrarlanıb.


















.jpg)

.jpg)


.jpg)

















.jpeg)
..jpeg)







