Oktyabrın 9-da Qazax rayonunun Orta Salahlı kəndində Vətən müharibəsi şəhidi, əsgər Anar Vəliyevin şəhadətinin altıncı ildönümü ərəfəsində ailəsi ziyarət olunub.

"Unikal" xəbər verir ki, ziyarətdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, veteran təşkilatlarının nümayəndələri və şəhid ailələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad olunub, ruhuna dualar oxunub, ailəsinə səbir dilənilib. Anar Vəliyev və digər şəhidlərimizin qəhrəmanlığının daim xatırlanacağı vurğulanıb.

Qeyd edək ki, 21 iyul 2002-ci ildə Orta Salahlı kəndində doğulan Anar Vəliyev 11 oktyabr 2020-ci ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.