Rusiya Prezidenti Vladimir Putin və Ağ Ev Prezidenti Donald Tramp arasında telefon danışığı ilə bağlı Kreml rəsmi məlumat yayıb.

"Unikal" xəbər verir ki, söhbət zamanı Rusiya tərəfi Amerikaya və qlobal bazarlara neft və neft məhsulları tədarük etməyə hazır olduğunu təsdiqləyib.

Moskva oktyabr ayının əvvəlində qlobal bazara 300.000 ton dizel yanacağı tədarük etməyə hazırdır. Neft emalı zavodlarında təmir işləri aparıldığı üçün Rusiya noyabr və dekabr aylarında dizel ixracını artıra bilər. Gələcəkdə həcm ayda 3 milyon tona qədər arta bilər.

Rusiya ABŞ-ın qlobal enerji bazarını sabitləşdirməyə yönəlmiş addımlarını müsbət qiymətləndirib.