Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda növbəti oyunlar keçirilib.

"Unikal" xəbər verir ki, günün ilk görüşündə “Zirə” komandası “Şamaxı” ilə 1:1 hesablı heç-heçə edib.

“Sumqayıt” komandası isə evdə “Qəbələ”ni 4:1 hesabı ilə məğlub edib. Bu, “kimyaçılar”ın mövsümdə ilk qələbəsi olub.