Afrikanın şimal-şərqində Cibuti sahillərində miqrant qayığının aşması nəticəsində ən azı 139 nəfər həlak olub.
"Unikal" xəbər verir ki, ölənlər arasında 15 uşaq var. Gəmi Yəmənə gedirmiş. Beynəlxalq Miqrasiya Təşkilatının (BMQT) məlumatına görə, hamısı Efiopiya vətəndaşı olan 82 nəfər sağ qalıb. Daha 84 nəfər isə hələ də itkin düşüb.
BMT-nin Humanitar Yardım Koordinatoru Safia İbrahim bildirib ki, qayıq Obok liman şəhəri yaxınlığında aşıb. O bildirib ki, qayıqda qadınlar, kişilər və uşaqlar olub.
"Sağ qalanlar mənə dedilər ki, qayığa minən kimi batmağa başlayıblar", - BMQT-nin Cibutidəki missiyasının rəhbəri Aleksandr Kuassak deyib.








.jpg)







.jpg)











.jpg)





.jpg)







.jpg)












