İş adamı Araz Ağalarov xanımı və övladlarından danışıb. 

"Unikal" xəbər verir ki, həyat yoldaşı Alyona Ağalarovanın butik açılışına qatılan iş adamı xanımına və övladlarına heç vaxt kömək etmədiyini deyib. 

“Emin hər şeyi özü edib, ona kömək etməmişəm. Mən uşaqlarıma da, həyat yoldaşıma da qadağa qoymamışam. Çünki vaxtilə atam da məni elə böyüdüb Heç nəyi qadağa etməyib. Heç nəyə mən də irad bildirmədim” deyə, iş adamı bildirib.