Papua Yeni Qvineya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatında deyilir

Yeraltı təkanlar əhalisi 40.200 nəfər olan Arava şəhərindən 88 km cənub-şərqdə baş verib. Onun episentri 53 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat verilməyib.