Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə Goranboy-Tərtər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində avtomobilin sürücüsü, 2002-ci il təvəllüdlü X.Tağıyev xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.











.jpg)





.jpg)








.jpg)




























