Oktyabrın 12 də 35/10 kV-luq "Əbrəqunus" yarımstansiyasından çıxan 3, 4, 5 nömrəli 10 kV-luq hava elektrik xəttində təmir işləri aparılacaq.
“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) "Unikal"a verilən məlumata görə, bu səbəbdən sabah saat 12:00-dan 15:00-dək Culfa rayonunun Saltaq, Göydərə, Gal, Şurud, Xoşkeşin, Əlincə, Xanəgah, Qazançı, Milax, Teyvaz, Ərəfsə, Ləkətağ, Boyəhməd kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Qeyd edək ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərin abonentləri daha keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.



















.jpg)







.jpg)



























