Məhdudiyyətlər səbəbindən Moskva istiqamətində 25-dən çox uçuş digər hava limanlarına yönləndirilib.
"Unikal" xəbər verir ki, 11 uçuş Şeremetyevoya enməli idi. Onlar Saratov, Perm, Sankt-Peterburq, Monastir, Antalya, Nalçik, Ufa, Samara, Daşkənd və Yekaterinburqdan uçublar. Həmin təyyarələr Nijni Novqorod, Sankt-Peterburq, Kazan, Samara və Yaroslavla yönləndiriliblər.
Samara, Sabetta, Ulyanovsk, Uxta, Sankt-Peterburq və Mahaçqaladan olan uçuşlar Vnukovoya eniş edə bilməyib. Bakı, Yekaterinburq, Novosibirsk, Daşkənd, Səmərqənd və Oşdan Domodedovoya gedən daha altı uçuş Nijni Novqorod, Kazan və Sankt-Peterburq hava limanlarına yönləndirilib.









.jpg)
.jpg)







.jpg)











.jpg)





.jpg)







.jpg)










