9 oktyabrda Türkmənistanın Avaza şəhərində Müstəqil Dövlətlər Birliyinin sammiti keçirilib.

"Unikal" xəbər verir ki, rəsmi hissədən əvvəl Azərbaycan, Ermənistan və Belarus liderləri qeyri-rəsmi söhbətlər aparıblar. 

Şəkil çəkdirmək üçün Ermənistanın Baş naziri Nikol Paşinyanı ortaya gətirən Aleksandr  Lukaşenko təbəssümlə "O bizdən qaça bilməyəcək. İndi ikimizin arasında qalacaq" deyib.