"Flydubai" şirkətinin ikinci pilotu Ben Qurion hava limanında terror aktı planlaşdırdığını etiraf edib.
"Unikal" xəbər verir ki, müstəntiqlərin sözlərinə görə, 29 yaşlı Oman vətəndaşı İsrailə əvvəlki iki uçuş zamanı marşrutu və hava limanını əvvəlcədən araşdırıb. Üçüncü uçuşda isə təyyarəni qaçırmağa cəhd edib.
Təqsirləndirilən şəxs planını etiraf edib və təkbaşına hərəkət etdiyini deyib. Müstəntiqlər onun digər əlaqələri olub-olmadığını araşdırmağa davam edirlər.
BƏƏ Baş Prokuroru iddia edir ki, pilot belə bir hücum planlaşdırmaq üçün 11 sentyabr hücumlarından ilhamlanıb.












.jpg)

.jpg)


.jpg)

















.jpeg)
..jpeg)












