İran San Dieqo və Los-Ancelesə zərbə endirə bilər. 

"Unikal" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. 

O bildirib ki, İran əvvəlcə San Dieqo və Los-Ancelesə hücum edə bilər, çünki raketlərin bu istiqamətlərdəki uçuş yolu daha əlverişlidir.

ABŞ prezidentinin sözlərinə görə, əgər Amerika qüvvələri İrana B-2 strateji bombardmançı təyyarələri ilə zərbə endirməsəydi, Tehran iki-üç həftə ərzində nüvə silahı əldə edə bilərdi.

Tramp həmçinin iddia edir ki, İran hətta ABŞ-yə zərbə endirməzdən əvvəl belə İsraili və bütün Yaxın Şərqi məhv edərdi, sonra isə Avropaya hücum edərdi.