Amerikalı aktyor Cim Kerri 34 yaşlı sevgilisi, rəssam Min Ha ilə gizli toy mərasimi keçirib.
"Unikal" xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, mərasim Fransada keçirilən "Sezar" mükafatlandırma mərasimindən yeddi ay sonra baş tutub. Mükafatlandırma mərasimi zamanı 64 yaşlı aktyor tamamilə fransız dilində çıxış edərək Min Hanı "yoldaşım" adlandırıb.
"People"a görə, Kerri və Min Ha bir neçə ildir ki, münasibətdədirlər. Onlar ilk dəfə 2022-ci ildə Los-Ancelesdə keçirilən xeyriyyə komediya şousunda birlikdə görüntüləniblər.
Kerri iki dəfə evlənib. Onun Melissa Womer ilə ilk evliliyi 1995-ci ildə başa çatıb. Bir il sonra o, həmkarı Loren Holli ilə evlənib. Onlar 10 ay sonra boşanıblar.
Gülayə Mecid















































.jpg)

.jpg)


.jpg)


