Paytaxtın Nizami rayonunda şirkətlərə məxsus anbarların birindən kombi aparatları oğurlanıb.
"Unikal" xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər- R.Tərlanlı, K.Əsgərov, A.Abışov və N.Əhmədov saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, onlar dəyəri 51000 manat olan 48 ədəd kombi aparatını talayıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.





























.jpg)

.jpg)


.jpg)

















