"ABŞ öz öhdəliklərini yerinə yetirənə qədər Hörmüz boğazı açılmayacaq".
"Unikal" xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf xalqa videomüraciətində bildirib. O qeyd edib ki, tərəflər arasında razılaşma qüvvədə olsa da, dəniz blokadası aradan qaldırılıb və çətin şərtlərə baxmayaraq, Livanda davamlı atəşkəs əldə edilib:
"Bu dövrdə İran 80 milyon bareldən çox neft ixrac edib və həmçinin, vacib malların idxalı üçün bir sıra uğurlu tədbirlər görüb. ABŞ öz öhdəliklərini yerinə yetirməsə, İran Vaşinqtonu buna məcbur etmək üçün güc tətbiq edəcək. ABŞ razılaşma üzrə öhdəliklərini yerinə yetirənə qədər Hörmüz boğazı açılmayacaq".
Qalibafın sözlərinə görə, ABŞ üçün üçüncü məğlubiyyət Vaşinqtonun öz öhdəliklərini yerinə yetirməyə məcbur edildiyi diplomatik uğursuzluq olacaq.



.jpg)
.jpg)
















.jpg)

.jpg)

























