Fransa millisinin hücumçusu Kilian Mbappe müdafiə hərəkətlərinə görə Dünya Kuboku reytinqində 602-ci yerdə qərarlaşıb.

"Unikal" xəbər verir ki, yeddi matçda oyunçu yalnız bir müdafiə hərəkəti (topu tutma, ələ keçirmə və ya blok) edib. Reytinqə ən azı 90 dəqiqə oynayan oyunçular daxil edilib. Mbappe bu metrikada bütün turnir iştirakçıları arasında sonuncu yerdə qərarlaşıb.

Eyni zamanda, Mbappe hücumda səkkiz qol vuraraq Argentina millisinin hücumçusu Lionel Messi ilə ən çox qol vuran oyunçu olub.