Ermənistanda zəlzələ olub. 

"Unikal" xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Mühafizə Xidmətinin seysmoloji şəbəkəsinin məlumatına görə, təkanlar İcevan şəhərindən 14 km şimalda, 2,4 bal gücündə qeydə alınıb. Episentrdə təkanların intensivliyi 3 bal olub.

Zəlzələ Tavuş bölgəsinin İcevan şəhərində, eləcə də Tavuş bölgəsinin Açacur, Xaştərək və Sevkar kəndlərində 2-3 bal gücündə hiss olunub.