Ermənistan prezidenti Vaaqn Xaçaturyan qəbul zalından Ağrı dağının şəklini yığışdırıb.
"Unikal" xəbər verir ki, siyasətçinin əvvəllər ofisində asılı qalan Ağrı dağı təsvir edən böyük bir portret var idi. Xaçaturyanın rəsmi görüşünün son şəkillərində onun yeri boşdur.
Qeyd edək ki, Ağrı dağı da ermənilərin iddialı olduqları ərazilərdəndir. Son illərdə Ermənistan hökuməti Ağrını simvol kimi fəal şəkildə görməzdən gəlir və bu da geniş ictimai müzakirələrə səbəb olub. Hətta 2025-ci ilin sentyabrında Ermənistan hökuməti Ağrı dağını sərhəd keçid möhürlərindən çıxarmaq qərarına gəlib.
























.jpg)


.jpg)







.jpg)



















