Türkiyəli komediyaçı Dəniz Göktaş stənd-ap çıxışları zamanı dini dəyərləri təhqir etdiyi üçün saxlanılıb.
"Unikal" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, komediyaçı prokurorların "dini dəyərləri açıq şəkildə təhqir etmək" ittihamı ilə istintaqa başlamasından bir neçə gün sonra xaricdən qayıdarkən İstanbul hava limanında dindirilmək üçün saxlanılıb.
Göktaşın ötən ay İstanbulda qeydə alınan və "YouTube"da yerləşdirilən çıxışı Türkiyədə milyonlarla baxış toplayıb. Onlarla izləyici zarafatların dini hisslərini təhqir etdiyini iddia edərək şikayət ərizəsi yazıb.




















.jpg)


.jpg)







.jpg)




















