Avropa Komissiyasının sədri Ursula von der Leyen Avropa İttifaqı səviyyəsində uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa tətbiq edilməsi planlarını açıqlamağa hazırlaşır.
"Unikal" xəbər verir ki, bu barədə Euractiv məlumat yayıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, fon der Lyayen bu təşəbbüsdən sentyabrın 16-da edəcəyi illik müraciəti zamanı bəhs edəcək.
Avropa Komissiyasındakı mənbənin sözlərinə görə, belə bir qadağa üçün hüquqi baza hələ hazırlanmayıb.
Euractiv qeyd edir ki, hazırda sosial şəbəkələrə giriş üçün yetkinlik yaşına çatmayanlar arasında hansı minimum yaş həddinin müəyyən ediləcəyi, eləcə də qadağaya nəzarətin necə həyata keçiriləcəyi məlum deyil. Aİ ölkələrində bu məqsədlə müxtəlif mexanizmlər təklif olunur — valideyn razılığından tutmuş yaşın təsdiqlənməsi texnologiyalarının tətbiqinədək.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Avropa Komissiyası üzv dövlətlərin qanunvericilikləri bu məsələdə bir-birindən həddindən artıq fərqlənməzdən əvvəl bütün Aİ üçün vahid qaydaların qəbulunu sürətləndirməyə çalışır.
Avstraliya 2024-cü ildə dünyada ilk dəfə olaraq 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunu qəbul edib. Oxşar məhdudiyyətlərin Böyük Britaniyada da tətbiqi nəzərdə tutulur.
Uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması ilə bağlı tədbirlər Fransa və İspaniya da daxil olmaqla bir sıra Aİ ölkələrində də müzakirə olunur.
























.jpg)


.jpg)







.jpg)



















