Qarabağdakı separatçı rejimin hərbi dəstələrində alayın komandirinin keçmiş müavini, polkovnik Edik Maloyan Ermənistanda saxlanılıb.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, onun Talin şəhərindəki (Ermənistanın Araqatsotn bölgəsi) evində axtarış aparılıb, daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları zabiti saxlayıblar.

İstintaq Komitəsi həbsi təsdiqləyib, lakin cinayət işinin motivlərini izah etməyib.

Maloyan 2020-ci ildə baş verən 44 günlük müharibədə iştirak edib. 

Ağarza Elçinoğlu