Rusiyanın  İsveçdəki səfirliyi daha bir dron hücumuna məruz qalıb və simulyasiya edilmiş partlayıcı qurğu (PPS) daşıyan dron səfirlik ərazisinə düşüb.

"Unikal" xəbər verir ki, diplomatik missiya bu barədə "Telegram" kanalında məlumat verib. 

Məlumata görə, "2 iyul 2026-cı il tarixində, təxminən saat 2:00 radələrində İsveçdəki Rusiya səfirliyi daha bir dron hücumuna məruz qalıb. Bir kvadrokopter səfirliyin ərazisinə qırmızı boya konteyneri atıb".

Rusiya diplomatik missiyası qeyd edib ki, İsveçdəki Rusiya səfirliyinə dron hücumları sadəcə təxribat deyil, həm də səfirlik işçilərini qorxutmaq cəhdidir və bu, gözlənilən nəticəni verməyəcək.

Gülayə Mecid