İyulun 1-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Kərgəlan kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Qəbulda şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının, aidiyyəti təşkilatların və xidmət sahələrinin nümayəndələri də iştirak ediblər.
"Unikal" xəbər verir ki, icra başçısı ötən görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə sakinləri məlumatlandırıb və yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və obyektiv qaldırılan məsələlərin həllini tapdığını, digər məsələlər barədə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlandığını və bu barədə vətəndaşların məlumatlandırıldığını qeyd edib.
Taleh Qaraşov yerli sakinlərə cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı müşavirəsində müəyyənləşdirilən əsas hədəflər barədə məlumat verib, ərzaq təhlükəsizliyinin qorunması, ixrac potensialının artırılması və su ehtiyatlarından qənaətli istifadənin vacibliyini yerli sakinlərin diqqətinə çatdırıb. İcra başçısı iqtisadi müstəqilliyin möhkəmləndirilməsi üçün dövlət dəstəyinin və müasir texnologiyaların tətbiqinin əsas prioritet kimi müəyyən edildiyini bildirib.
Kərgəlan kənd inzibati ərazi dairəsinin sakinləri ümumi və şəxsi problemlərini maneəsiz və birbaşa icra başçısına çatdırıblar. Yerli sakinlər sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşmasına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.








.jpg)






























.jpg)









