Ev heyvanının seçimi onun sahibi haqqında çox şey deyə bilər - dərin kök salmış xarakter xüsusiyyətləri, temperament və hətta həyat tərzi. Hər bir insan unikal olsa da, psixoloqların araşdırmaları göstərir ki, it sahibləri qarşılıqlı münasibətlərdə daha intizamlı və aqressiv, pişik sahibləri isə daha narahat və etibarlıdırlar.

"Unikal" xəbər verir ki, alimlər it və pişik həvəskarları arasındakı fərqləri araşdırıblar.  

Qeyd olunur ki, bu heyvan həvəskarları arasındakı fərqlər psixologiyada məşhur bir mövzudur və illərlə davam edən müşahidələr çoxlu maraqlı məlumatlar ortaya çıxarmışdır.  

Кошки против собак: Ученые выяснили, кого люди любят больше - KP.RU

2017-ci ildə Amerikada aparılan bir araşdırma, it sahiblərinin ünsiyyətcillik, canlı emosional ifadə, vicdanlılıq və qarşılıqlı əlaqədə cəsarət kimi xüsusiyyətlərə görə pişik sahiblərinə nisbətən daha yüksək bal topladığını müəyyən edib. Bununla belə, pişik sahibləri ümumi zəka, mücərrəd düşüncə və müstəqillik üzrə daha yüksək bal toplayıblar.  

2022-ci ildə Meksikada aparılan bir araşdırma da isə pişik sahiblərinin emosional cəhətdən dərin olduğunu ortaya çıxardıb.  

Кто умнее – собачники или кошатники: ученые устроили проверку

"İtsevərlər, orta hesabla, daha ekstrovert, mehriban və yeni təcrübələrə açıqdırlar. Müxtəlif tədqiqatlarda pişiksevərlərin daha introvert, qapalı və daha yüksək nevrotik ballara, yəni narahatlıq və emosional qeyri-sabitliyə meylli olduqları göstərilmişdir. İt sahibləri, orta hesabla, daha intizamlı və vicdanlıdırlar ki, bu da itə qulluq etməyin sadə faktı ilə izah edilə bilər: onların müntəzəm gəzintilərə, təlimə və rutinliyə ehtiyacı var. Pişiklər daha sərbəstdirlər və sahiblərinin cədvəllərini ev heyvanlarına uyğunlaşdırmağa ehtiyacı yoxdur". 

2024-cü ildə Avstraliyalı psixoloqlar it sahiblərinin orta hesabla pişik sahiblərindən daha psixoloji cəhətdən davamlı olduqları qənaətinə gəliblər. Digər tərəfdən, pişik sahibləri nevrotizmdə (narahatlıq və emosional həyəcanla xarakterizə olunan şəxsiyyət xüsusiyyəti) 0,78 bal daha yüksək nəticə göstəriblər. 

Как подружить кошку с собакой в квартире | ГК «Астрафарм»

"Pişiklərin daha çox etibar etdiyini demək olar. Pişiksevərlər ünsiyyətdə tez-tez intuisiyaya və emosional işarələrə güvənirlər, it sevənlər isə açıq qaydalara və strukturlara daha çox etibar edirlər. Pişik sevənlər, həqiqətən də, mənzillərdə yaşamağa daha çox meyllidirlər və ailələri və uşaqları olma ehtimalı daha azdır ki, bu da onların muxtariyyətə daha çox meylli olmaları və şəxsi məkana ehtiyac duymaları ilə əlaqədardır".

İt sahibləri daha ekstrovert və sosial cəhətdən aktiv olmağa meyllidirlər və onların struktur və məsuliyyəti qəbul etmək istəyi ailə qurmaqla daha çox əlaqəlidir. Orta hesabla, it sahibləri pişik sahiblərinə nisbətən həyatlarından daha məmnundurlar və tənhalıqdan daha az əziyyət çəkirlər.

Как научить собаку не тянуть поводок: причины, проблемы и работающие  решения | Royal Canin

İtlərə və pişiklərə üstünlük verən insanlar dominantlıqla əlaqəli xüsusiyyətlərə görə fərqlənirlər. Avstraliyada aparılan bir araşdırmanın müəllifləri daha çox dominantlıq yönümlü insanların "itaətkar" ev heyvanlarına (itlərə) üstünlük verdiyini, daha müstəqil münasibət bəsləyənlərin isə pişiklərə meyl etdiyini irəli sürürlər.

"Bununla belə, aqressivlik və ya dominantlıq məsələsinə gəldikdə, məlumatlar ziddiyyətlidir. İt sahibləri ünsiyyətdə daha iddialı və birbaşa ola bilərlər ki, bu da çox vaxt aqressivliklə qarışdırılır. Digər mütəxəssislər bu iddialılığı düşmənçilikdən daha çox liderlik keyfiyyətləri və daha böyük sosial aktivliklə əlaqələndirirlər. Pişik sahibləri isə əksinə, birbaşa münaqişələrdən qaçmağa və problemləri daha yumşaq şəkildə həll etməyə üstünlük verirlər", - deyə elm adamları qeyd ediblər. 

Обнаружена способность кошек подражать действиям человека - Наука: новости  и видео

Son olaraq alimlər bildiriblər ki, bir insan haqqında yalnız onun heyvanlara münasibətinə əsaslanaraq nəticə çıxarmaq sadə bir yanaşmadır. 

Gülayə Mecid