"Tottenhem" klubu İngiltərə Premyer Liqasının digər təmsilçisi "Vest Hem"dən Portuqaliya millisinin yarımmüdafiəçisi Mateuş Fernandeşi heyətinə qatıb.
"Unikal" xəbər verir ki, 21 yaşlı futbolçu ilə müqavilə imzalanıb.
"Sportinq" klubunun akademiyasının yetirməsi 2025-ci ilin avqustunda "Vest Hem"ə transfer olunub. O, ötən mövsüm bu komandanın heyətində Premyer Liqada 36 oyuna çıxaraq 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.














.jpg)



.jpg)

























