VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 26-da “GEC+Baku”: yaradıcı sənayelər” mövzusunda beynəlxalq tədbir keçirilib. “Sahibkarlar – əlaqəli dünyanın diplomatları” şüarı altında təşkil edilən tədbir sahibkarlığın beynəlxalq əməkdaşlığın və mədəniyyətlərarası dialoqun gücləndirilməsində roluna həsr olunub.
"Unikal" xəbər verir ki, Qlobal Sahibkarlıq Şəbəkəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbir üç panel sessiyadan ibarət olub.
Tədbirin açılışında mədəniyyət nazirinin müavini Səadət Yusifova və başqaları çıxış edərək mədəniyyət və yaradıcı sənayelərin iqtisadiyyatın şaxələndirilməsində yerindən və rolundan danışıblar.
“Sərhədləri aşan siyasət: hökumət nümayəndələrinin paneli” adlı paneldə sahibkarların sərhədlərarası fəaliyyətini çətinləşdirən siyasət və tənzimləmə maneələri, hökumətlərin bu sahədə tətbiq etdiyi həllər və onların səmərəliliyi müzakirə olunub.
Paneldə həmçinin ölkələrin uğurlu siyasət təcrübələri, səmərəli həllərin təşviqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
































.jpg)

.jpg)


















