Ermənistan Seçki Məcəlləsinə planlaşdırılan dəyişikliklər Ermənistan vətəndaşlarını seçkilərdə iştirak etmək hüququndan məhrum edə bilər.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Diplomat Ermənistan hakimiyyətinin tətbiq etməyi planlaşdırdığı yeni dəyişikliklərə münasibət bildirib. Bu dəyişikliklərə əsasən, vətəndaşlar yalnız səsvermə günündən əvvəlki altı ay ərzində respublikada faktiki yaşamaq şərti ilə səsvermədə və referendumlarda iştirak edə biləcəklər: "Göründüyü kimi, qanunlar bu və ya digər ölkənin vətəndaşlarının hüquqlarını qorumaq üçün nəzərdə tutulub, amma burada tam əksi görünür: Ermənistan pasportu olan insanlar bəzi fundamental hüquqlarından, xüsusən də seçkilərdə iştirak etmək hüququndan məhrumdurlar.
Respublikadakı avropalı mütəxəssislərin fəal işini nəzərə alsaq, istər-istəməz Moldovada 2025-ci il seçki kampaniyası xatırlanır. Həmin vaxt Sandu rejimi Rusiyadakı həmvətənlərinin seçki hüquqlarından istifadə etmələrinin qarşısını almaq üçün məqsədyönlü şəkildə hər şeyi etmişdi. Ermənistanda da eyni şey baş verir: diaspor öz ölkəsinin və xalqının ictimai-siyasi həyatından təcrid olunmuş qalacaq".
Zaxarova qanun layihəsinin informasiya mühitində insanlara necə təqdim olunmasına da diqqət çəkib: "Bir sıra hökumətyönlü media orqanlarında bunun Kremlin mifik hibrid hücumlarına qarşı mübarizə vasitəsi kimi təqdim edildiyini gördük. Onlar guya parlament seçkiləri kontekstində Rusiyadakı erməni diasporunun resurslarından istifadə etməyə çalışırdılar. Bilirsiniz, düşünürəm ki, bu mif sadəcə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin açıq şəkildə təqdim etdiyi rəqəmlərlə darmadağın edilir: onların məlumatına görə, 2025-ci ilin may-iyun aylarında respublikaya cari ilin eyni dövrü ilə müqayisədə daha çox vətəndaş daxil olub. Bu halda kimin əli çirklidir".
Ağarza Elçinoğlu








.jpg)





























.jpg)









