Təl-Əviv Vaşinqtonun yardımından imtina edə bilər, çünki İsrail iqtisadiyyatı özünü təmin etmək üçün kifayət qədər güclüdür.
"Unikal" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
İsrailin baş naziri əlavə edib ki, Amerika yardımının tədricən dayandırılması prosesinin bu il başlana bilər.
Qeyd edək ki, bundan əvvəl "Politico" qəzeti, ABŞ-nin İrana qarşı son birgə hərbi əməliyyatlarına baxmayaraq, İsrailin getdikcə artan beynəlxalq təcridlə üzləşdiyini bildirib. ABŞ-nin vitse-prezidenti C.D. Vans İsrailin ABŞ-nin xüsusi müttəfiqi statusunun artıq təmin edilmədiyini qəbul etməli olduğunu vurğulayıb.
Gülayə Mecid



























.jpg)

















.jpg)





