ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsinin oyunlarından sonra bir sıra maraqlı statistik göstəricilər qeydə alınıb.
"Unikal" FIFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İngiltərə millisi 60 ildən sonra dünya çempionatının pley-off mərhələsində hesabda geri düşdüyü oyunda qələbə qazanmağı bacarıb. Yığma ötən gecə Konqonu 2:1 hesabı ilə üstələyib. Atlanta şəhərində baş tutan qarşılaşmada ilk qolu Afrika təmsilçisi vurub. Fasilədən sonra oyunun gedişatını dəyişən ingilislər Harri Keynin 75-ci və 86-cı dəqiqələrdə vurduğu qollarla 1/8 finala adlayıb. Komanda sonuncu dəfə buna 1966-cı ildə finalda Almaniya millisini 4:2 hesabı ilə məğlub edərək nail olmuşdu.
Seneqal millisinin hücumçusu İsmaila Sarr isə turnirdə vurduğu 4-cü qolla bir dünya çempionatında afrikalı futbolçular arasında ən yaxşı göstəriciyə şərik çıxıb. O, bununla kamerunlu Rocer Millanın rekordunu təkrarlayıb. Sarr qitənin mundial tarixində ən məhsuldar futbolçusu olan qanalı Asamoa Gyanın rekordunu yeniləmək üçün cəmi bir qola ehtiyacı var.
Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

























.jpg)




.jpg)










