Türkiyənin Marmaris şəhərində polis NATO missiyasına etiraz edən dörd nəfəri saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat dərc edib.
Qeyd olunur ki, etirazçılar Türkiyə İşçi Partiyasının ayrılmış solçu Qırmızı Partiyasının fəalları olub. Onlar iyunun 20-də 151 nəfərlik heyətlə birlikdə Fransa freqatı Guepratte-nin lövbər saldığı Albatross Marinada nümayiş keçiriblər.
Məlumata görə, etirazçılar polislər tərəfindən saxlanılıblar. Onlar nifrət və düşmənçiliyi qızışdırmaq ittihamları ilə dindiriliblər.
Etiraz, 7-8 iyul tarixlərində Ankarada keçirilməsi planlaşdırılan NATO zirvə toplantısından əvvəl solçu qrupların NATO əleyhinə etirazlarının artması fonunda baş verib.














.jpg)







































.jpg)
