Bu gün Bakının Qaradağ və Nərimanov rayonlarının bir sıra ərazilərində qaz kəsiləcək.

Bu barədə "Unikal"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək Qaradağ rayonunun Sahil və Ümid qəsəbələrinin, saat 10:00-dan etibarən isə Nərimanov rayonunun Z. Bünyadov və Azadlıq prospektlərinin, İ. Dadaşov, M. K. Atatürk və N. Nərimanov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.