İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti Oman rəsmiləri ilə yüksək səviyyəli danışıqlar aparmaq üçün Maskata səfər edib.
"Unikal" xəbər verir ki, səfər zamanı Qalibaf ikitərəfli əməkdaşlığın genişləndirilməsi və Hörmüz boğazında vəziyyətin sabitləşdirilməsi üçün səylərin əlaqələndirilməsi məsələlərini müzakirə etmək üçün Oman sultanı Heytəm bin Tariq ilə görüşməyi planlaşdırır.
Qalibafı İranın xarici işlər naziri Abbas Əraqçi müşayiət edir.
İran rəsmilərinin sözlərinə görə, bu müzakirələr Hörmüz boğazı üçün beynəlxalq hüquqa uyğun olaraq idarəetmə mexanizmlərinin yaradılması üzrə daha geniş səylərin bir hissəsidir. Bu məsələ bu yaxınlarda Tehran və Maskat arasında məsləhətləşmələr zamanı müzakirə olunub.


































.jpeg)



















