Dünən Qətərin sənaye şəhəri olan Ras-Laffanda baş verən partlayış nəticəsində ən azı 13 nəfər ölüb, 66 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Qətərin energetika naziri Səad əl-Kaabi məlumat yayıb. 

*** 09:06

Qətərin Ras-Laffan sənaye zonasında yerləşən qaz emalı zavodunda güclü partlayış baş verib. 

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində 54 nəfər yaralanıb. Hakimiyyət orqanları itkin düşmüş 18 nəfəri tapmaq üçün axtarış-xilasetmə əməliyyatlarını davam etdirir, partlayışdan sonra qaz təchizatı müəssisəsində baş verən yanğın isə söndürülüb.

Hadisənin səbəbləri ilə bağlı araşdırma başlanıb

Gülayə Mecid