Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanın AİB və Aİ-yə üzvlüyü ilə bağlı mümkün qədər tez qərar verməsini istəyirlər. 

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya da digər üç AİB ölkəsi kimi bu məsələdə mümkün qədər tez bir zamanda aydınlıq istəyir.

Diplomat vurğuladı ki, 29 mayda dörd Birlik ölkəsi liderlərinin birgə bəyanatında Ermənistanda mümkün qədər tez bir zamanda müvafiq ümumxalq referendumunun keçirilməsinin vacibliyi vurğulanıb. Bu, Ermənistan Konstitusiyasında ölkənin beynəlxalq təşkilatlara üzvlüyü ilə bağlı qərarların qəbul edilməsi üçün nəzərdə tutulan yeganə mexanizmdir.

Zaxarova əlavə edib ki, yuxarıda qeyd olunan bəyanat Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan hökumətləri tərəfindən bu ilin dekabr ayında keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclası üçün vəziyyəti təhlil edən birgə hesabatın hazırlanmasını nəzərdə tutur.

Ağarza Elçinoğlu