Rusiyanın İnquşetiya Respublikasında bədbəxt hadisə baş verib.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, səkkiz yaşlı Xızıra Derbiçev 15 iyun 2026-cı ildə İnquşetiyanın Karabulak şəhərində itkin düşüb.
Belə ki, oğlan boğulan dostunu xilas etmək üçün Sunja çayına tullanıb. Ətrafdakı uşaqlar ona böyükləri köməyə çağırmağı təklif etsələr də, Xızırın "Biz kişiyik, özümüz xilas edərik" dediyi bildirilir.
Bundan sonra o, tərəddüd etmədən suya atılıb. Məlumata görə, Xızır dostunu xilas etməyə müvəffəq olsa da, güclü axın onu aparıb. Axtarış bir həftədən çoxdur ki, davam edir. Minlərlə könüllü, xilasedici və yerli sakin axtarışa qoşularaq çay yatağını və sahil xəttini araşdırır.
Axtarış əməliyyatları gecə-gündüz davam edir. Hava şəraiti vəziyyəti daha da çətinləşdirir. Qeyd olunur ki, Xızır hələ də tapılmayıb, lakin axtarış davam edir.
Onun bu davranışı isə sosial mediada diqqət çəkib.
Gülayə Mecid























.jpg)




























