Avstraliya polisi Sidneyin qərbindəki yeraltı bunker sistemindən 2,7 ton kokaini müsadirə edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, qara bazar dəyəri təxminən 816 milyon Avstraliya dolları (500 milyon avro) olan narkotiklər taxta döşəmələrin altında gizlədilmiş bölmələrdə aşkar edilib.

Polis hadisə ilə bağlı 21 və 25 yaşlı iki kişini saxlayıb. 

Polis bildirib ki, kokain mütəşəkkil cinayətkar qruplaşma adından Şimali Kvinslenddəki kiçik Midge Point şəhəri vasitəsilə Avstraliyaya qaçaqmalçılıq yolu ilə gətirilib.