Rusiya pilotsuz təyyarəsi Qara dənizdə Panama bayrağı altında üzən Türkiyə gəmisi olan VICTRESS-i vurub.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb. 

Gəmidə Misir, Türkiyə və Hindistan vətəndaşları olan doqquz heyət üzvü olub.

"Çətin vəziyyət və yanğının daha da yayılması təhlükəsi nəzərə alınmaqla, Ukrayna Hərbi Dəniz Qüvvələrinin qayıqlarının heyətləri quru yük gəmisinin heyətini təxliyə etmək üçün xilasetmə əməliyyatını uğurla həyata keçiriblər. Təəssüf ki, onlar arasında itkilər olub", - məlumatda qeyd olunub. 

***09:12

Qara dənizdə "Victress" yük gəmisinə dron hücumu olub. 

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində gəmidə böyük yanğın baş verib və nəticədə ölənlər var.

Xilas edilən 9 heyət üzvü arasında Türkiyə vətəndaşlarının da olduğu bildirilib.

Hadisənin digər təfərrüatları açıqlanmayıb.

Gülayə Mecid