Türkiyə Böyük Millət Məclisinin (TBMM) Petisiya Komissiyasına may ayında 1076 müraciət daxil olub.

"Unikal" NTV telekanalına istinadən xəbər verir ki, komissiyanın hesabatına görə, müraciətlərin 163-ü qadınlar tərəfindən edilib. Xanımlar tərəfindən edilən təkliflər xüsusilə diqqət çəkib. 

Belə ki, ən çox müraciət əmək və sosial təminat, ədalət sistemi və komissiyanın fəaliyyəti ilə bağlı məsələlərə aid olub.  Komissiyaya təqdim olunan maraqlı təkliflər arasında ödənişli hərbi xidmət haqqının hissə-hissə ödənilməsi, toy və nişan mərasimlərinin qadağan olunması, 25 ildən çox evli və ən azı üç uşağı olan ailələrə vergisiz avtomobil almaq hüququnun verilməsi yer alıb.

Digər təkliflər arasında hər bir vətəndaşa pulsuz internet limiti ayrılması, siqaret və alkoqoldan istifadə edən şəxslərin səhiyyə xərclərinin dövlət tərəfindən qarşılanmaması, 20 yaşına çatmış qadınlar üçün məcburi hərbi xidmətin tətbiqi, eləcə də 5 və daha çox uşağı olan ailələr üçün vergi güzəştlərinin tətbiqi də var.

Məlumata görə, komissiya vətəndaşların müraciətlərinin araşdırılması və problemlərinin həlli istiqamətində fəaliyyətini davam etdirdiyini açıqlayıb.   

Gülayə Mecid