Böyük Britaniyanın keçmiş səhiyyə naziri Ues Stritinq Böyük Britaniyanın Baş naziri Kir Starmerin istefasından sonra Leyboristlər Partiyasının lideri vəzifəsinə namizədliyini irəli sürmək niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə "Sky News" telekanalı onun köməkçisinə istinadən məlumat verir.
Telekanalın mənbəyi qeyd edib ki, "Ues namizədliyini irəli sürür, kifayət qədər səs toplamışdı və o, namizədlərdən biri olacaq" .
***
Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın Baş naziri Kir Starmer (2024-2026) vəzifəsindən istefa verib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, onun istefası fonunda Böyük Britaniyanın baş naziri postuna namizədlər diqqət çəkib.
Qeyd olunur ki, Mançesterin istefa verən meri Endi Börnhem - on ildə Britaniyanın yeddinci lideri ola bilər.
Börnhem parlament mandatı uğrunda xüsusi seçkilərdə qalib gəlib və bu gün millət vəkili kimi and içəcək.
Gülayə Mecid














































.jpg)


.png)

