Kanadanın Monreal şəhərində, Dekembris bulvarında yerləşən Kot-des-Neyges məhəlləsində silahlı naməlum şəxs atəş açıb.

"Unikal" xəbər verir ki, azı üç nəfər həlak olub. Onlardan biri polis məmuru, biri mülki şəxs və şübhəlinin özüdür.

Şübhəli polis məmuru tərəfindən zərərsizləşdirilib.

Bir polis məmuru isə yaralanıb.

Qeyd edək ki, Kot-des-Neyges məhəlləsində əsasən yəhudi icmasının üzvləri yaşayır.