İran Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün xüsusi rabitə xətti istifadəyə verəcək.

"Unikal" xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib. 

Onun sözlərinə görə, yeni mexanizm dünyanın əsas gəmiçilik marşrutlarından birinin sularında münaqişə və insident riskini azaltmaq üçün hazırlanacaq.

Həmçinin, Qalibaf, İsveçrədə  ABŞ ilə danışıqlar zamanı dondurulmuş İran aktivlərinin 12 milyard dollarlıq hissəsinin dondurulmasının ləğvi barədə nəhayət razılığa gəlindiyini açıqlayıb.

İyunun 21-də İsveçrədə ABŞ və İran arasında texniki danışıqlar baş tutub və tərəflər aralıq anlaşma memorandumunun təfərrüatlarını müzakirə ediblər. Görüş iştirakçıları 60 gün ərzində yekun razılığa gəlmək üçün yol xəritəsi barədə razılığa gəliblər.