Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurası 2012-ci il London Olimpiadasında qadınlar arasında 800 metr məsafəyə qaçış üzrə medalların paylanmasını təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib.
Rusiya vətəndaşlığından Türkiyə vətəndaşlığına keçən atlet Yekaterina Quliyeva dopinq pozuntusuna görə gümüş medalından məhrum edilib. Onun yerinə mükafatı keniyalı Pamela Jelimo, bürünc medalı isə amerikalı Alisiya Montano alacaq.
İdmançı 2024-cü ilin may ayında İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verib. O, Moskva Antidopinq Laboratoriyasının (LIMS) məlumat bazasına əsasən diskvalifikasiya edilib.
Quliyevanın diskvalifikasiya müddəti 27 mart 2026-cı ildə başa çatıb. Onun 2012-ci il Olimpiya Oyunlarında 800 metr məsafəyə qaçışda ikinci yeri tutması da daxil olmaqla, 17 iyul 2012-ci ildən 20 oktyabr 2014-cü ilə qədər olan bütün nəticələri ləğv olunub.
2019-cu ildə rusiyalı qadın azərbaycanlı dünya çempionu Ramil Quliyevlə evlənib. 2021-ci ildə Türkiyə milli komandasına vəsiqə qazanıb.
Ağarza Elçinoğlu













.jpg)







































.jpg)

