“Badam Medical Center”in direktoru Fuad Məmmədov son struktur dəyişiklikləri fonunda vəzifəsindən ayrılıb.
"Unikal" xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.
F.Məmmədov bildirib ki, qərarı öz istəyi ilə qəbul edib: "Bəli, mən bir neçə gün öncə 3 ildir uğurları üçün çalışdığımız “Badam Medical Center”-dən ayrılmışam. Bu, sırf öz istəyimlə olub. Səbəb sadədir: BADAM-da yeni struktur dəyişikliyi ilə razılaşmamışam, missiyamı başa vurmuş hesab edirəm".
Keçmiş direktor qeyd edib ki, rəhbərlik onun qərarına hörmətlə yanaşıb: "Necə ki, mən mənə 3 il öncə etimad göstərənlərin struktur dəyişikliyi qərarına hörmətlə yanaşdım, eləcə də mənim direktorluqdan çıxma qərarıma hörmətlə yanaşıldı".













.jpg)







































.jpg)

