Çilidə narkotik axtarışına öyrədilmiş kinoloji xidmət iti rəsmi mərasimdə gözlənilməz anlara səbəb olub.

"Unikal" xəbər verir ki, Belçika malinuası cinsindən olan it vitse-admiral Arturo Oxleyin formasının cib hissəsindən yapışıb və onun uniforması cırılıb.

Çili Hərbi Dəniz Qüvvələri hadisəni itin yaşı, temperamenti və aktivlik səviyyəsi ilə bağlı spontan reaksiya kimi izah edib. Vitse-admiral xəsarət almayıb, xidməti it isə yenidən təlim prosesinə göndərilib.